Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:01

Ermənistanla Yunanıstan “eyni təhdidlərlə üzləşirlər”


Vigen Sargsian (solda) və Panos Kammenos Yerevanda
Vigen Sargsian (solda) və Panos Kammenos Yerevanda

Ermənistanla Yunanıstan eyni təhlükəsizlik problemləri və təhdidlərlə üzləşirlər. Bunu Yunanıstanın Milli Müdafiə naziri Panos Kammenos Yerevanda deyib.

Yunanıstanla Ermənistan həmişə bir yerdə olublar, bir yerdədirlər və olacaqlar. Oxşar dəyərlərimiz, tariximiz, erməni və yunan xalqının genosidlərinin oxşar qurbanları var. Eyni dostlar və müttəfiqlərlə problemlərimiz olacaq”, – Kammenos martın 29-da Yerevanda Ermənistanın müdafiə naziri Vigen Sargsian ilə birgə mətbuat konfransında deyib.

Yunanıstan kimi NATO-nun üzvü olan, Avropa Birliyinə qoşulmağa çalışan Türkiyədə baş verənlərlə bağlı sualı Kammenos belə cavablandırıb:

“Bizim Türkiyədən ötrü daimi arzumuz odur ki, beynəlxalq hüquqa, insan haqlarına sayqı göstərən Avropa ölkəsi olsun. Türkiyənin Avropa dəyərlərinə yaxınlaşmasını görmək istəyirik”.

Ancaq nazirin deməsinə görə, Türkiyə prezidenti Recep Tayyip Erdogan-ın son bəyanat və qərarları göstərir ki, o, hələ də “böyük Osmanlı İmperiyasını arzulayır” və “Türkiyəni Avropadan, beynəlxalq hüquqdan, beynəlxalq cəmiyyətdən uzaqlqlaşdırmağa potensialı var”.

Sülh istədiyimizi Türkiyəyə izah etməkdən ötrü əlimizdən gələni edəcəyik”, – Kammenos deyib.

Ancaq Türkiyənin yadına salmalıyıq ki, tarixin bir çox məqamlarında, özəlliklə də böyük Osmanlı imperiyasını xəyal etdikləri tarixi məqamlarda uduzublar, 1821-ci ildə Yunanıstanda olduğu kimi”, – nazir sözlərinə əlavə edib.

1821-ci ildə Osmanlı İmperiyasının tərkibində olan Yunanıstanda üsyan baş verib və yunanlar Osmanlı idarəçiliyindən ayrılaraq müstəqillik elan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG