Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:55

Raket və artilleriya bölmələrinin təlimləri başlayıb


Azərbaycan ordusunun raket və artilleriya bölmələrinin təlimləri başlayıb.

Bu barədə, bu gün, martın 29-da Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumata görə, təlimlər nazir Zakir Həsənovun təsdiq etdiyi 2018-cı il üzrə hazırlıq planına uyğun olaraq həyata keçirilir.

MN bildirir ki, təlimlər raket və artilleriya birləşmələrinin vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyır. Tədbirin cəbhə bölgəsindəki bütün ümumqoşun poliqonlarında keçirildiyi açıqlanıb.

Yayılan məlumata görə, poliqonlarda keçirilən təlimdə özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki tapşırıqlar icra olunur.

Nazirlik artilleriya bölmələrinin müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə etdiyini qeyd edir.

Təlimlərin nə vaxt başa çatacağı açıqlanmır.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG