Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:49

Bakıda yağış, rayonlarda dolu gözlənir


Yağış

Martın 30-da Bakı və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı bildirilir. Güclü şimal-qərb küləyinin əsəcəyi vurğulanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Martın 30-da Azərbaycanın rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə bunun intensiv olacağı, dolu düşəcəyi qeyd edilir. Qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclənəcəyi təxmin edilir. Gecə 5-10, gündüz 13-18, dağlarda gecə 2-6, gündüz 6-10 dərəcə isti gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG