Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:08

'Neftin nazından asılılıq'…-Media icmalı


Təqaüdçülərə naharı pulsuz verən kafe açılıb
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Təqaüdçülərə naharı pulsuz verən kafe açılıb

Ölkədə su təminatı, neftin iqtisadiyyatda rolu, ucuz qidaya tələbatın artması və başqa bu kimi məsələlər medianın aparıcı mövzularındandır...

Yoxsul əhalinin qidası

«Exo» qəzetində «Azərbaycanda ucuz qidaya tələbat yüksəkdir» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkədə qidaların keyfiyyətini Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla təhlil edib.

«Azərbaycanın yoxsul təbəqələrinin sağlam qida qəbul etmə səviyyəsini qaldırmaq olduqca vacibdir. Azərbaycan əhalisinin qida rasionu ideal olmaqdan çox uzaqdır. Bu azmış kimi, vətəndaşlar daha çox «ayaqüstü» yağlı yeməklər yeyir, şirin tərkibli içkilər içirlər. Bunu da deyim ki, ticarət obyektləri keyfiyyətsiz və vaxtı keçmiş ərzaqla doludur», - deyə AİB sədri qəzetə bildirib.

Ekspertə görə, gəlir aşağı düşdükcə, vətəndaşların qidalanması da o dərəcədə pisləşir.

E.Hüseynovun iddiasına görə, bir çox qəlyanaltılarda satılan qidalarda istifadə edilən ətin mənşəyi məlum deyil, keyfiyyəti isə standartlara cavab vermir: «Ölkədə ucuz qidaya tələbat yüksəkdir. Ona görə də yoluxucu olmayan xəstəliklərə tutulanların sayı da çoxdur. Çoxları bilir ki, bu «ayaqüstü» qəlyanaltılar ziyandır. Amma bunu bilmək belə vətəndaşları bu qidaları qəbul etməkdən çəkindirmir».

Ekspert deyib ki, əhalinin dəniz məhsullarından istifadə səviyyəsi də olduqca aşağıdır. O bunu həmin məhsulların qiymətinin baha olması ilə izah edib.

E.Hüseynov hesab edir ki, əhalinin qida rasionunda ət məhsullarından istifadə də aşağı yer tutur: «Böhran əti bahalaşdırıb. Odur ki, ailələr mal və qoyun ətindən istifadənin həcmini azaltmağa məcbur olub. Amma bu sırada toyuq ətindən istifadə artıb. Tərəvəzdən istifadə sabit şəkildə qalsa da, meyvədən istifadə azalıb. Süd məhsullarından istifadə də yetərli səviyyədə deyil. Göründüyü kimi, vəziyyət əlverişli sayıla bilməz».

Xəzərdə neft platforması
Xəzərdə neft platforması

Neftdən asılılıq

«Novoye Vremya» qəzetində «Neftin «nazı»na necə uymayaq» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, son vaxtlar neftin qiyməti yüksəlməkdədir. Müəllif bunu neft ixrac edən ölkələrin «qara qızıl» hasilatını azaltmaqla bağlı imzaladıqları sazişin nəticəsi hesab edir: ««Brent» neftinin qiyməti 72 dollara yaxınlaşır. Bu qiymət artımı ən azı yaxın zamanlara kimi davam edəcək, mənfi dinamika üçün əsas yoxdur. Tərəflər imzaladıqları sazişə ciddi əməl edirlər. ABŞ bu duruma baxmayaraq, neft hasilatını yüksəltmir, bu baxımdan vəziyyət əlverişli görünür».

Amma müəllif hesab edir ki, bu vəziyyətin uzun müddət belə davam edəcəyinə təminat yoxdur. Yazıda bildirilir ki, neft bazarı dayanıqsız və qeyri-sabitdir, bir saatın içində hər şey dəyişə bilər: «Haqqında danışılan sazişdən belə irəli gələrək, indiki şəraitdə neftin qiymətinin 100-120 dollara yüksələcəyi mümkün deyil...».

Müəllif hesab edir ki, elə bu səbəbdən bir çox ölkələr xammal iqtisadiyyatından imtina etməyə başlayıblar. Onlar iqtisadiyyatın yeni inkişaf trendlərinə üstünlük verirlər.

Yazıda vurğulanır ki, hətta neftin qiyməti 100 dollara yüksəlsə, bu, iqtisadiyyatın modernləşdirilməsi yolunda əyləcə dönəcək.

Müəllif diqqəti Nazirlər Kabinetinin bu ilin martında Milli Məclisə verdiyi hesabata yönəldir. Yazıda vurğulanır ki, sənəddə ölkə iqtisadiyyatının inkişafının neft amili ilə əlaqələndirilməsi düzgün deyildi.

Müəllif hesab edir ki, neftin qiyməti yenidən aşağı düşdüyü halda bankların böhranı, manatın növbəti devalvasiyası və ümumi daxili məhsulun (ÜDM) azalması qaçılmaz olacaq.

Su kanalı
Su kanalı

Su təminatı

«Azərbaycan» qəzetində «Əsas məqsəd aqrar sektorun ixrac potensialını artırmaqdır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, ərzaq təhlükəsizliyi təminati və sosial problemlərin həlli baxımından aqrar sahənin inkişafı vacibdir: «Bu gün ölkə əhalisinin 48 faizi regionlarda yaşayır və dolanışıqları kənd təsərrüfatı ilə bağlıdır. Yəni, əhalinin yarıya qədərinin gəlir mənbəyi aqrar sektorun hesabına formalaşır. Aqrar sektorda ən vacib infrastruktur isə su təminatdır».

Müəllif hesab edir ki, Azərbaycanın əsas su mənbələri xarici ölkələrdən qaynaqlanır. Ona görə də ölkədə su ehtiyatlarını artırmaqdan ötrü irihəcmli su mənbələri yaradılır.

Yazıda iddia olunur ki, son 14 ildə 100-lərlə kilometr suvarma kanallarının çəkilməsi, kollektor-drenaj şəbəkələrinin qurulması və subartezian quyuları qazılması nəticəsində su təminatı yaxşılaşıb: «Məhz bu dövr ərzində Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi nəticəsində 200 min hektardan artıq əkin sahələrinin su təminatı yaxşılaşıb və əlavə 47 min hektar suvarılan torpaqlar istifadəyə verilib».

Müəllifə görə, bütün bu görülən işlər nəticəsində ölkədə bir sıra kənd təsərrüfatı məhsullarının istehsalı artıb: «Elə dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən biri də qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının ixrac potensialını artırmaqdır».

XS
SM
MD
LG