Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 17:34

İran prezidenti Azərbaycana gəlib


Həsən Ruhani

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün, martın 28-də Azərbaycana gəlib.

AZƏRTAC-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran prezidenti H.Ruhanini hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və başqa rəsmi şəxslər qarşılayıblar.

Səfərin iki gün davam edəcəyi bildirilir. Səfər çərçivəsində İran və Azərbaycan prezidentləri arasında təkbətək və geniş tərkibdə görüş keçirilməlidir. İki ölkə arasında sənaye, kənd təsərrüfatı, səhiyyə və turizm sahələrində sənədlərin imzalanacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG