Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 04:14

Çin Şimali Koreya liderinin səfərini təsdiqləyir


Cənubi Koreyada əsgər Kim Jong Un-un Çinə səfər xəbərini izləyir

Çin hökuməti martın 28-də bildirib ki, Şimali Koreya lideri Kim Jong Un bu həftə Pekinə səfər edərək prezident Xi Jinping-lə görüşüb. Bu, Kim 2011-ci ildə hakimiyyətə gələndən ilk xarici səfəridir.

Rəsmi Xinhua xəbər agentliyinin yazmasına görə, Kim Xi-yə Koreya yarımadasını “nüvəsizləşdirməyə sadiq olduğunu” bildirib.

Xinhua bildirir ki, Xi Kim-lə danışıqlar aparıb, Kim və həyat yoldaşı üçün banket və incəsənət konserti təşkil edib.

Təhlilçilər Kim-in səfərinin onun təcriddən çıxması, ağır beynəlxalq sanksiyaların qaldırılmasını istəməsinin əlaməti adlandırıb. Sanksiyalar Pxenyanın nüvə bombası və qitələrarası ballistik raket sınaqlarına görə qoyulub.

Təhlilçilərin fikrincə, Kim planlaşdırılan sammitlər öncəsi ən böyük müttəfiqiylə məsləhətləşməyə ehtiyac da duya bilər. Onun Cənubi Koreya prezidenti Moon Jae-in, ABŞ prezidenti Donald Trump-la görüşləri planlaşdırılır.

Kim-in atası Kim Jong Il hakimiyyətdə olduğu dövrdə Çinə bir neçə dəfə səfər edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG