Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 12:48

Ekspedisiya rəisi: 'Bayıl yamacı yaşamağa təhlükəlidir'


Bayılda vəziyyət ağır olaraq qalır
Gözlə

No media source currently available

0:00 0:07:50 0:00

Bayılda vəziyyət ağır olaraq qalır

«Apardığımız müşahidələrə əsasən, Bayıl yamacı ərazisində yaşamaq tövsiyə edilmir. Bu ərazi 200 ilə yaxındır ki, sürüşməyə meylli ərazi kimi qeydə alınıb».

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Bayıl yamacındakı durumla bağlı bildirib.

Ə.Qaralov deyib ki, bu ərazilərdə ilk sürüşmə hələ 1847-cildə özünü göstərib: «O zaman ki, hələ yamac şaquli kəsilməmişdi. Həmin tarixdən bu yana dəfələrlə belə sürüşmələr təkrarlanıb. Hələ 2000-ci ildə baş verən sürüşmə ilə bağlı hesabatlarda qeyd etdik ki, bu ərazilərdə yaşamaq təhlükəlidir və tövsiyə olunmur».

Ekspedisiya rəisi vurğulayıb ki, bu il fevralın sonlarında Nazirlər Kabinetinə təqdim edilən aralıq hesabatda da sözügedən ərazidə yaşamağın təhlükəli olduğu bildirib: «Nazirlər Kabinetinin də 56 nömrəli qərarı var ki, Bayıl yamacını yükləmək olmaz. Bu ərazidə tikinti aparılmamalıdır, çünki bu ərazi yaşayış üçün təhlükəlidir».

Xatırlatma

2018-ci ilin yanvarında Bayıl yamacında torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində yamacın ətəyində yerləşən təqribən 100 evin sakinləri köçürülüb. Dörd ev tamamilə dağılıb. Köçürülən ailələrin bir çoxu Səbail rayonundakı məktəblərə yerləşdirilib. Sonradan onlardan 67 ailəyə kirayə pulu verilib. Kirayə pulunun 200 manatdan çox olduğu açıqlanıb. Köçürülən ailələrə kompensasiya ödənməsi gözlənir. Ancaq verilən məlumata görə, kompensasiyanın məbləği ilə bağlı razılaşma əldə edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG