Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 12:11

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bu gün, martın 26-da bununla bağlı sərəncam verib.

Sərəncamda M.Quliyevin ölkənin milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsindəki səmərəli fəaliyyətinə görə təltif olunduğu vurğulanır.

Prezidentin başqa sərəncamı ilə Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov da 2-ci dərəcəli «Vətənə xidmətə görə2 ordeni ilə təltif olunub. Sərəncamda bu ordenin ona milli təhlükəsizliyinin təmin edilməsi sahəsindəki səmərəli fəaliyyətinə görə verildiyi bildirilib.

Azərbaycan prezidenti həmçinin, Dövlət Təhlükəsizliyi Xidmətinin üç hərbi qulluqçusuna general-mayor rütbəsi verib. Rəşad Həmzəyev, İmran Tağızadəyə general-mayor, Həsən Mansurova isə ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup hərbi qulluqçusu da «Vətən uğrunda», «İgidliyə görə» və «Hərbi xidmətlərə görə» medalları ilə təltif olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG