Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:50

ABŞ Pakistan şirkətlərinə sanksiya qoyur


Pakistanda Müdafiə Günü, 6 sentyabr, 2017-ci il

Birləşmiş Ştatlar Pakistanın yeddi şirkətinə sanksiya qoyub, onları nüvə ticarətində şübhəli bilir.

Bu addım Pakistanın Nüvə Təchizatçıları Qrupuna qoşulmaq niyyətinə ziyan vura bilər. Bu qrup üzvləri nüvə texnologiyalarının ticarətini apara bilər.

Son illər Birləşmiş Ştatlarla nüvə silahı olan Pakistanın münasibətləri gərginləşib. Səbəb İslamabadın Əfqanıstanda əfqan və ABŞ qüvvələrinə qarşı savaşan yaraqlı qruplaşmalara iddia olunan dəstəyidir. Pakistan iddiaları danır.

Pakistan şirkətlərinə sanksiyalar martın 22-də qoyulub.

Onların Birləşmiş Ştatların milli təhlükəsizliyi və xarici siyasət maraqlarına zidd davrandığı bildirilir.

Siyahıya salınmış şirkətlərin bank hesabları dondurulmayacaq, amma ABŞ-da iş görməkdən ötrü xüsusi lisenziya almalı olacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG