Keçid linkləri

2025, 14 İyun, şənbə, Bakı vaxtı 03:33

ABŞ-ın Yayım Şurası ANS-in yayımının bərpasına çağırır


Birləşmiş Ştatların Yayım Şurasının rəhbəri Kennet Tomlinson
Birləşmiş Ştatların Yayım Şurasının rəhbəri Kennet Tomlinson
Birləşmiş Ştatların Yayım Şurası - BBG - ANS televiziyası və radiosunun qəfil bağlanmasından narahatlığını bildirib. ANS «Amerikanın Səsi» və «Azadlıq» radiosunun verilişlərini də yayırdı.

Azərbaycan hökuməti bu televiziyanın noyabrın 24-də bağlandığını bildirib, səbəb kimi də onun qaydaları pozduğunu göstərib.


BBG-nin sədri Kennet Tomlinson ANS-in bağlanmasını pisləyərək deyib ki, bu addımla Azərbaycan xalqı ona lazım olan müstəqil informasiya mənbəyindən məhrum ediləcək.


«Azad Avropa-Azadlıq» Radiolarının prezident əvəzi Ceffri Trimbl da deyib ki, ANS-in bağlanması «onsuzda son illərdə Azərbaycanda şiddətli hücumlara məruz qalan mediaya növbəti zərbədir». Cənab Trimbl Prezident İlham Əliyev hökumətini media azadlığıyla bağlı Azərbaycan Konstitusiyasında qeyd olunan və Azərbaycan hökumətinin ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə əməl etməyə və ANS-in, habelə «Azadlıq» Radiosunun FM verilişlərinin tez vaxtda bərpasına çağırıb.


ATƏT də ANS-in bağlanmasından dərin narahatlığını bildirib.


Müxalifət qəzeti olan «Azadlıq», AXCP və digər qurumlarsa məhkəmənin qərarıyla yerləşdikləri binadan çıxarılıblar.


Azərbaycan müxalifətinin nümayəndələri bu addımları hökumətin onları susdurmaq cəhdi adlandırıblar.


XS
SM
MD
LG