16 gün aclıq edən və noyabrın 24-də səhhəti pisləşdiyi üçün xəstəxanaya aparılan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid daha iki gün reanimasiyada qalacaq. Redaktor təzyiqinin aşağı olduğunu, bədənində ağrılar hiss etdiyini deyir.
5 saylı xəstəxananın həkimləri isə aclıq aksiyasından sonra xəstədə bərpa prosesinin normal getdiyini bildirirlər.
«Azadlıq» qəzetinin redaktoru 1992-ci ildən Xaqani küçəsi 33-də yerləşən qəzetin binadan çıxarılmasına etiraz olaraq bir qrup jurnalistlə bərabər noyabrın 9-dan müddətsiz aclığa başlamışdı. Həkimlər son bir həftədə hər an komaya düşmək təhlükəsi olduğunu bildirdikləri üçün din xadimləri, ziyalı və siyasətçilər ondan aksiyanı dayandırmasını xahiş etmişdilər.