Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:33

Azərbaycanda əhalinin 84 faizinin suyu var


Ucar rayonu, arxiv fotosu
Ucar rayonu, arxiv fotosu

Evinə yaxın təmiz suyu olmayan adamların sayı artır. “WaterAid” qeyri-hökumət təşkilatı dünyada suyun vəziyyətinə dair hesabat açıqlayıb.

Hazırda dünyada 844 milyon nəfər təhlükəsiz su əldə etməkdən ötrü azı 30 dəqiqə yol getməli olur. Bu say öncəki hesablamadan 200 milyon nəfər çoxdur.

Hesabata görə, Azərbaycanda əhalinin 84,3 faizinin əsas su mənbəyinə çıxışı var. Ermənistanda bu göstərici 98,9, Gürcüstanda 93,2, Rusiyada 96,3, İranda 94,8 faizdir.

Təhlükəsiz su yoxlanmış, evlərə boruyla çəkilmiş, gərəkəndə “əl altında” olan sudur. Dünya əhalisinin 5,2 milyard nəfərinin, yaxud 71 faizinin belə bir xidmətə çıxışı var.

Dünyada 1,3 milyard nəfərin isə əsas su xidmətinə çıxışı mövcuddur. Bu su boruyla çəkilib, mühafizə olunan quyularda, bulaqlardadır, yaxud da yağış suyundan ibarətdir, 30 dəqiqəlik yol qət edərək onu əldə etmək olur.

Məhdud su xidməti isə 30 dəqiqədən artıq yol getməklə əldə olunan sudur, bu zaman kəsiminə növbəyə dayanmaq da daxildir.

Yerüstü su kanalları kateqoriyasına daxil çay, bənd, göl, gölməçə, kanal suları isə birbaşa xəstəlik mənbəyi sayılır.

Təmiz suya ən az çıxış olan ölkələr Hindistan, Efiopiya və Nigeriyadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG