Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 10:11

Çexiyada zavod partlayışında ölənlərin 5-i rumın olub


Hadisə yeri

Çexiyada kimya zavodundakı partlayışda həlak olmuş altı nəfərin beşi rumın olub. Bunu Rumıniya Xarici İşlər Nazirliyi martın 23-də bildirib.

Nazirlik qeyd edib ki, “faciədə ölən rumınların sayı beşə qalxıb”.

Martın 22-də Kralupi-nad-Vltavou şəhərindəki zavodda baş vermiş partlayış 1993-cü ildə Çexoslovakiya parçalanandan ən çox ölümə səbəb olmuş sənaye qəzası idi.

Həlak olmuş altıncı şəxsin milliyyəti açıqlanmayıb.

Çexiya fövqəladə xidmətinin bildirməsinə görə, daha iki nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə baş vermiş zavod Çexiyanın Unipetrol qrupuna məxsus emal kompleksinin tərkib hissəsidir. Ölənlər isə podratçı üçün çalışırmışlar.

Rəsmi məlumata görə, partlayış rezervuarlardan biri təmizlənərkən baş verib.

Təhqiqat aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG