Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 07:18

Martın 24-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Mülayim cənub küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 3-5, gündüz 12-17, Bakıda gecə 3-5, gündüz 14-16 dərəcə isti olacaq.

Martın 24-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Lakin axşam bəzi qərb rayonlarında arabir yağış yağacağı gözlənir. Qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi vurğulanır. Gecə 4-9, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG