Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:20

Azərbaycan və Belarus yığması üz-üzə gəlir


Azərbaycan yığması

Bu gün, martın 23-də futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlamalıdır.

Oyunun baş hakimi Latviyadan Andris Treymanis təyin edilib.

Azərbaycan millisi bu ay daha iki yoldaşlıq oyunu keçirməlidir.

Türkiyənin Antalya şəhərində Azərbaycan yığması martın 27-də Makedoniya, 30-da da Moldova yığması ilə qarşılaşmalıdır.

Azərbaycan və Makedoniya yığmalarının yoldaşlıq oyununda VAR (Video Assistant Referee) sisteminin də tətbiqi gözlənir. VAR sistemə görə, əsas hakim oyunda baş verən və oyunun gedişinə təsir edəcək mühüm məqamlarla bağlı, xüsusilə də mübahisələr olanda videogörüntüləri izləyərək bu barədə verdiyi qərara yenidən baxır.

Multimedia

XS
SM
MD
LG