Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:55

Suriyalı üsyançılar şərqi Qutada bir şəhəri boşaldırlar


Harsta şəhəri növbəti bombardmandan sonra, arxiv fotosu

Suriyalı üsyançılar şərqi Qutada bir şəhəri avtobuslarla tərk edərək onu Suriya ordusuna təslim ediblər. Bu, Rusiyanın vasitəçilik etdiyi evakuasiya sazişi çərçivəsində mümkün olub.

Ahrar al-Sham qruplaşması ordunun şərtlərini qəbul edərək martın 22-də Harasta şəhərindən çıxıb. Beləliklə, hökumət 2016-cı il Hələb döyüşlərindən bəri üsyançılar üzərində ən böyük qələbələrindən birinə doğru yol almış olur.

Harastadan 30-dək avtobus üsyançılar və onların ailələri ilə birlikdə çıxıb. Suriya dövlət mediası avtobuslarda 413-ü döyüşçülər olmaqla, 1580 nəfərin olduğunu xəbərləyib. Onların ölkənin şimal-qərbinə salamat keçməsinə icazə verilib.

Suriya prezidenti Bashar al-Assad-ın müttəfiqi Hizballah-ın idarə etdiyi hərbi media orqanının yazmasına görə, 1500 döyüşçü və 6 min ailə üzvü şəhərdən çıxmağa razılaşıb.

Ordunun şərqi Qutaya hücum əməliyyatlarında 1500 nəfərdən çox adam öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG