Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:36

ABŞ Suriyadakı özbək qruplaşmasını terrorçu siyahısına salıb


Özbək cihadçılar Suriyadakı İŞİD əməliyyatlarında əhəmiyyətli rol oynayıblar
Özbək cihadçılar Suriyadakı İŞİD əməliyyatlarında əhəmiyyətli rol oynayıblar

Birləşmiş Ştatlar Suriya münaqişəsində döyüşən özbək silahlı qruplaşmasını “qlobal terrorçular siyahısına” daxil edib.

ABŞ Dövlət Departamenti martın 22-də bildirib ki, Katibat al-İmam al- Buxari və ya qısa adı KİB olan təşkilat - Xüsusi Tərtib Edilmiş Qlobal Terrorçu Siyahısına daxil edilib.

Bəyanatda deyilir ki, bu qruplaşmanın terrorçu təşkilat siyahısına salınması onun gələcəkdə terror aktları törətməsi üçün təchizat kanallarını kəsməyə imkan verəcək.

Qrupun ABŞ yurisdiksiyasında yerləşən mülkiyyətinə blok qoyulub və ABŞ vətəndaşlarına bu təşkilatla hər hansı maliyyə əlaqələri qadağan olunub.

Bəyanatda deyilir ki, Katibat al-Imam al-Buxari təşkilatı Suriyada döyüşən ən böyük özbək qüvvəsidir.

Bu da qeyd olunur ki, KİB Suriyanın şimal-qərbində gedən döyüşlərdə xüsusi rol oynayıb. Özbək qruplaşması burada əl-Qaedaya bağlı ən-Nüsra Cəbhəsi ilə çiyin-çiyinə döyüşüb.

KİB-in 2015-ci ilin dekabrında internetə buraxdığı videoda uşaqlar üçün təlim düşərgəsi göstərilmişdi.

KIB-in 2017-ci ilə aid videosunda isə qrupun döyüş əməliyyatı görüntülənmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG