Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:01

Bakıda külək, şərq rayonlarında yağış gözlənir


Bakı

Martın 23-də Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi və axşam mülayimləşəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 6-8, gündüz 10-14 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında da havanın, əsasən, yağmursuz olacağı bildirilir. Ancaq bəzi şərq rayonlarında yağış yağacağı vurğulanır. Gecə 1-10, gündüz 18-23 dərəcə isti olacağı təxmin edilir. Hətta Naxçıvan Muxtar Respublikasında temperaturun müsbət 25 dərəcəyə yüksələcəyi gözlənir.

Dağlarda isə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 10-19 dərəcə isti olacağı vurğulanır.

Multimedia

XS
SM
MD
LG