Türkiyənin ən böyük media holdinqlərindən birinin prezident Recep Tayyip Erdogan-a yaxın maqnata satılması üçün danışıqlar başlanıb. Bu, Türkiyədə hökumətin mətbuat üzərində nəzarətini daha da gücləndirə biləcəyi sarıdan narahatlığı artırıb.
Dogan Holding martın 22-də yaydığı bəyanatda bildirib ki, Dogan Media Group-un Erdogan Demiroren-in Demiroren Group-na 1 milyard dollara satılması üzrə danışıqlar başlanıb.
*** Buna da bax: Erdoğan sultan Abdulhamidi niyə ‘dirildir?’
Türkiyənin əksər tanınmış media orqanları Dogan Media Group-un tərkibindədir. Buraya Hurriyet qəzeti, Fanatik idman qəzeti, CNN-Turk xəbər xidməti, Kanal-D televiziyası daxildir.
CNN-Turk və Hurriyet hökumətə qarşı çıxmasa da, son illər redaktə siyasətində nisbətən müstəqil olublar. Demiroren Holding isə prezident Erdogan-a dostyana münasibətiylə seçilir.
Bu arada Türkiyə parlamenti martın 21-də xəbər yayımçıları daxil olmaqla, bütün onlayn yayım platformalarının ölkənin yayım şurasının nəzarətinə verilməsini nəzərdə tutan qanunvericilik qəbul edib.
Erdogan-ın hakim Ədalət və İnkişaf Partiyasının (AKP) hazırladığı bu qanun onlayn yayım üçün şuradan lisenziya almağı tələb edir.
*** Buna da bax: BMT Türkiyəni fövqəladə vəziyyətə son qoymağa çağırır
Müxalifət bu addımı “senzura” adlandırıb.
2016-cı ilin uğursuz çevriliş cəhdindən sonra Türkiyədə onlarla jurnalist həbs olunub.