Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 13:57

'Azərbaycanda dollar Mərkəzi Bankdan asılıdır'


Dollar

«Dolların uçot dərəcəsinin daha 0.25 faiz qaldırılması Azərbaycana birbaşa yox, dolayısı ilə təsir edəcək».

Bunu iqtisadçı ekspert Nemət Əliyev ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclasında dolların uçot dərəcəsinin daha 0.25 faiz qaldırması ilə bağlı açıqlanan qərarı şərh edərkən bildirib.

N.Əliyev deyir ki, uçot dərəcəsinin qaldırılması dollarla ifadə edilən mal və mülklərin qiymətinin artması deməkdir. Onun fikrincə, bu, özünü başqa valyutalara münasibətdə də göstərəcək: «Azərbaycana gəlincə isə, ölkə daxilində dolların bahalaşması Mərkəzi Bankın qərarından asılıdır».

N.Əliyev vurğulayır ki, Azərbaycan dövləti ixracı artırmaq istəyir, bu isə indiki halda ölkəyə daha çox valyuta gətirə bilmək üçün fürsətdir: «Amma iqtisadi sahədə mövcud olan neqativ təsirlər ölkəyə daha çox valyuta cəlb edə bilmək imkanının üstündən xətt çəkir».

Xatırlatma

Martın 21-də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

FED uçot dərəcəsini 1.25-1.50 faiz aralığından 1.50-1.75 faiz aralığına qaldırıb.

Bundan əvvəl FED dekabrın 13-də uçot dərəcəsini elə o qədər artırmışdı. Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG