Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 23:54

İsveçrə ilə Azərbaycanın məsləhətləşmələri


Mahmud Məmmədquliyev

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev martın 20-dən İsveçrə Konfederasiyasında səfərdədir.

AZƏRTAC-ın xəbərinə görə, paytaxt Berndə iki ölkə arasında məsləhətləşmələr keçirilib.

Xəbərdə bildirilir ki, onu ilk olaraq İsveçrə Federal Xarici İşlər Departamentində dövlət katibinin müavini Kristina Marti Lanq qəbul edib. Görüşdə iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində Azərbaycanın 20 faiz ərazisinin işğalı, regional enerji, nəqliyyat layihələri, kənd təsərrüfatı və insan hüquqları məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

M.Məmmədquliyevin növbəti görüşü İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) İxracata Nəzarət İdarəsinin rəisi Ervin Bollinqer ilə olub. O, iyun ayından etibarən Azərbaycan hökuməti ilə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın İsveçrə tərəfdən həmsədri kimi fəaliyyətə başlayacaq.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin cari durumu təhlil edilib.

Görüşdə həmçinin, kənd təsərrüfatı, o cümlədən fındıq idxalı sahəsində əməkdaşlıq məsələləri, peşə təhsili sahəsində İsveçrə təcrübəsinin öyrənilməsi imkanları müzakirə edilib. Bundan əlavə, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olması istiqamətində aparılan danışıqlar barədə də fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG