Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 01:07

Kosovo parlamenti sərhəd razılaşmasını qəbul etdi


Polis parlamentdən gözyaşardıcı qaz balonnu çıxarır

Kosovo parlamenti Monteneqro ilə uzun müddətdən bəri təsdiqlənməsini gözləyən sərhəd razılaşmasını qəbul edib. Müxalifətsə səsverməni əngəlləməkdən ötrü gözyaşardıcı qaza əl atıb.

Deputatlar martın 21-də sərhədin demarkasiyası sazişini 80-11 səs çoxluğuyla qəbul ediblər.

Səsvermədən öncə müxalifətin Vetevendosje hərəkatından olan deputatlar prosesi önləmək məqsədiylə parlamentə gözyaşardıcı qaz atıblar. Bu, deputatlarda nəfəs çatışmazlığı, təntimə yaradıb.

Sessiya dörd dəfə pozulub, amma spiker Kadri Veseli səsvermənin günün sonunadək keçirilməsində təkid edib.

Vetevendosje lideri Albin Kurti şikayətlənib ki, partiya üzvlərinin səsverməyə qatılması əngəllənib, onlar dindirilməyə polisə aparılıb.

Avropa Birliyi və Birləşmiş Ştatlar parlamentdə gözyaşardıcı qazdan istifadəni pisləyib, deputatları 2015-ci ildə imzalanmış sərhəd sazişinə səs verməyə çağırıb.

Bu sazişin təsdiqlənməsi Kosovo vətəndaşlarının Avropanın vizasız Schengen zonasında sərbəst səyahəti üçün əsas şərt idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG