Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:44

Sarkozy-yə ittiham irəli sürülüb


Nicolas Sarkozy və Muammar Qaddafi, 2007-ci il

Fransanın keçmiş prezident Nicolas Sarkozy-yə rəsmi ittiham irəli sürülüb. O, korrupsiyada və seçki kampaniyasının qanunsuz maliyyələşməsində ittiham olunur. Rəsmilər Liviya diktatoru Muammar Qaddafi-nin 2007-ci ildə Sarkozy-nin seçki kampaniyasını maliyyələşdirdiyini bildirir.

İttihamlardan öncə Sarkozy iki gün ərzində antikorrupsiya polisi tərəfindən dindirilib. Müstəntiqlər Qaddafi rejiminin Sarkozy-yə seçki kampaniyasından ötrü gizlicə 50 milyon avro verməsinə dair iddiaları araşdırırlar.

O zaman bir kampaniyanın maliyyələşməsinə maksimum 21 milyon avro ayrıla bilərdi. Bundan başqa, ayrıldığı iddia olunan məbləğ Fransanın xaricdən maliyyələşmə, kampaniyanın maliyyə mənbələrinin açıqlanmasıyla bağlı qaydalarının pozulması deməkdir.

63 yaşlı Sarkozy 2007-2012-ci illərdə Fransanın prezident olub. O, hər hansı yanlışa yol vermədiyini deyir.

O, martın 21-də sərbəst buraxılsa da, polis nəzarətində qalacaq.

***

Sarkozy dəfələrlə bu ittihamları təkzib edib. “Mən heç bir fiziki dəlil olmadan ittiham edilirəm”, – “Le Figaro”nun yazdığına görə, o, hakimlərə ünvanlandığı bəyanatda deyib. Qəzet bəyanatı martın 22-də yayıb.

Sarkozy 2011-ci ildən “bu böhran cəhənnəmi”ndə yaşadığını vurğulayaraq ittihamları yalan adlandırıb.

Keçmiş prezidentin yaxınlarından bu mətnin həqiqi olub-olmadığını təsdiqlətmək mümkün olmayıb.

XS
SM
MD
LG