Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 06:12

Ukrayna tatar biznesmenin sığınacaq xahişini rədd edib


Ildar Valiyev

Rusiyanın Tatarıstan regionundan biznesmen deyir ki, Ukrayna onun siyasi sığınacaq xahişini rədd edib.

Ildar Valiyev martın 21-də AzadlıqRadiosu-na deyib ki, Lvov regional miqrasiya xidməti ona və ailəsinə əlavə qoruma gərəkmədiyi qənaətinə gəlib və bu səbəbdən ona Ukraynada sığınacaq verməkdən imtina edib.

Miqrasiya xidmətinin qərarının ləğvindən ötrü məhkəmə müraciət etmişik”, – Valiyev deyib.

41 yaşlı biznesmen həyat yoldaşı və dörd uşağıyla birlikdə Ukraynaya 2017-ci ilin yazında gedib. Orada Rusiyanın xahişiylə saxlanıb.

Rusiya hakimiyyəti Valiyev-in terror qrupunun işində iştirakda şübhəli bilindiyini bildirib.

Valiyev islamçı Hizb ut-Tahrir qrupunun üzvü olduğunu etiraf edir. Onun iki biznes tərəfdaşı Tatarıstanda Hizb ut-Tahrir-in özəyini yaratmaqda təqsirli bilinərək 18 və 19 illik həbs cəzasına məhkum ediləndən sonra o, Rusiyadan çıxıb.

Londonda mənzillənən Hizb ut-Tahrir sünni siyasi təşkilatıdır, zorakı olmadığını, bütün müsəlman ölkələrini islam xilafətində birləşdirmək istədiyini deyir.

Rusiya bu qrupu terrorçu adlandırsa da, Ukraynada qadağan olunmayıb.

XS
SM
MD
LG