Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 01:39

Sarkozy ikinci gündür dindirilir


Nicolas Sarkozy və Muammar Qaddafi, 2007-ci il

Fransanın keçmiş prezidenti Nicolas Sarkozy artıq ikinci gündür müstəntiqlər tərəfindən dindirilir. Onun 2007-ci ildə seçki kampaniyası zamanı Liviyanın keçmiş diktatoru Muammar Qaddafi rejimindən pul aldığı iddia olunur.

Gecəni evində keçirən Sarkozy Parisin şimal-qərbindəki Nanterre polis məntəqəsinə qayıdıb. Medianın istintaqa yaxın mənbələrə istinadla yazdığına görə, onu antikorrupsiya rəsmiləri dindirəcək.

İstintaq 2013-cü ildə başlanıb. O zaman Fransanın Mediapart xəbər saytı fransalı livanlı biznesmen Ziad Takieddine-nin Qaddafi-nin keçmiş kəşfiyyat rəsmisi Abdullah Senussi-dən Sarkozy-nin kampaniya rəhbərinə 5 milyon avro (6 milyon dollar) transfer etməsi barədə iddialarını dərc etmişdi.

63 yaşlı Sarkozy 2007-2012-ci illərdə Fransanın prezidenti olub. O, yayılan məlumatları dəfələrlə təkzib edib.

XS
SM
MD
LG