Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 09:48

Ağstafada tank əleyhinə mina tapılıb


Minaaxtaran

Martın 20-də Ağstafa rayonu Ağgöl kəndində tank əleyhinə mina aşkarlanıb.

Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.

ANAMA bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Daxili İşlər Nazirliyindən onlara Ağstafa rayonu Ağgöl kəndində 1 mərminin tapılması barədə məlumat daxil olub.

«Agentliyin mütəxəssisləri yuxarıda adı qeyd olunmuş ərazidə baxış keçirib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 tank əleyhinə mina (TM-57) aşkar olunub və zərərsizləşdirilməsi üçün mərkəzi məhvetmə ərazisinə daşınıb», -məlumatda vurğulanır.

ANAMA bildirir ki, yanvarın 1-dən martın 20-dək Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Yevlax, Xızı, Şəmkir, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərlərində müxtəlif ərazilərə baxış keçirilib.

«2390 ədəd partlamamış hərbi sursat, 2 tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 28795 kvadratmetr ərazi yoxlanılıb», - məlumatda yazılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG