Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:40

Sarkozy-nin saxlandığı xəbər verilir


Nicolas Sarkozy Liviyanın keçmiş lideri Muammar Qaddafi-ni salamlayır, 10 dekabr, 2007-ci il

Fransanın keçmiş prezidenti Nicolas Sarkozy-nin martın 20-də polis nəzarətinə alındığı xəbər verilir. Bu addım 2007-ci ildə onun seçki kampaniyasının Liviya diktatoru Muammar Qaddafi rejimi tərəfindən qanunsuz maliyyələşdirilməsi iddialarının istintaqı çərçivəsində atılıb.

Xəbər agentlikləri yazır ki, Sarkozy Parisin qərbindəki Nanterre polis bölməsində dindirilib. Xəbəri danışmaq səlahiyyəti olmadığından adının çəkilməsini istəməyən mənbələri verib.

Sarkozy-nin 2007-ci ildə Qaddafi-nin pulundan yararlanmasıyla bağlı iddialar ortaya çıxınca, Fransa hakimiyyəti 2013-cü ildə istintaqa başlayıb.

Ancaq ilk dəfədir ki, Sarkozy dindirilir. 48 saat ərzində məhkəmə onu barəsində qərar verməlidir.

Bir neçə həftə öncə onun keçmiş silahdaşı Alexandre Djouhri Londonda saxlanıb və girovluğa buraxılıb.

Martın 20-də keçmiş nazir, Sarkozy-nin yaxın dostu Brice Hortefeux də Liviya istintaqıyla əlaqədar dindirilib. Bu məlumatı başqa bir mənbə verib.

Sarkozy-nin vəkilindən açıqlama almaq mümkün olmayıb.

2007-2012-ci illərdə prezident olmuş Sarkozy hər hansı qanunsuz maliyyədən yararlanmadığını deyir, Liviyayla bağlı iddiaları isə “gülünc” adlandırıb.

Sarkozy 2012-ci ildəki prezidentlik kampaniyasının maliyyə mənbəyilə bağlı ayrıca açılmış iş üzrə məhkəmə qarşısına çıxarılacaq. O zaman onu Francois Hollande məğlub edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG