Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 12:55

ABŞ Cənubi Koreyayla birgə hərbi təlimləri bərpa edir


Birgə təlimlər, arxiv fotosu

Birləşmiş Ştatlar və Cənubi Koreya martın 20-də elan ediblər ki, Pxençxan Qış Olimpiya oyunlar zamanı ertələnmiş birgə hərbi təlimlər aprelin 1-də bərpa olunacaq.

ABŞ-ın müdafiə naziri Jim Mattis cənubi koreyalı həmkarı Song Young-moo ilə birgə bəyanat yayıb. Onlar hərbi manevrlərin əvvəlki illərdəki miqyasda davam etdirməyə razılaşdıqlarını bildiriblər.

Pentaqonun deməsinə görə, Şimali Koreyaya təlimlərin başlanacağı tarix, eləcə də təlimlərin “müdafiə xarakterli olması” barədə bildiriş verilib. Pxenyan daha öncə bu təlimlərin işğala bərabər olmasından şikayətlənirdi.

ABŞ prezidenti Donald Trump və Şimali Koreya lideri Kim Jong Un arasında planlaşdırılan görüş ərəfəsində bu təlimlər diqqət mərkəzində olacaq. Gözlənən görüş Şimali Koreyanın nüvə silahları proqramıyla bağlı gərginliyin azaldılacağına ümidləri artırıb.

XS
SM
MD
LG