Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 06:32

İlham Əliyevdən Putinə təbrik zəngi


V.Putin və İ.Əliyev

Prezident İlham Əliyev martın 19-da Rusiyada prezidentliyə namizəd Vladimir Putinə telefonla zəng edib.

Prezidentin mətbuat xidməti xəbər verir ki, İ.Əliyev V.Putini prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib.

İ.Əliyev ona Rusiya xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Azərbaycan prezidenti ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib

V.Putin isə diqqət və təbrikə görə minnətdarlığını bildirib.

Xatırlatma

Martın 18-də Rusiyada prezident seçkiləri keçirilib.

Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) açıqlayıb ki, bülletenlərin 99 faizi sayılıb, Putin səslərin 76.65 faizini toplayıb.

MSK Putin-ə 55.4 milyon seçicinin səs verdiyini bildirib.

MSK Kommunist Partiyasının namizədi Pavel Qrudininin səslərin 11.82, ultramillətçi Vladimir Jirinovskinin 5.68, teleaparıcı Kseniya Sobçakın 1.66 faiz səs topladığını bildirir.

Başqa dörd namizəd – liberal Qriqori Yavlinski, millətçi Sergey Baburin, «Rusiya Kommunistləri» Partiyasından Maksim Suraykin və mərkəzçi Boris Titovun hərəyə 1 faiz, yaxud ondan az səs topladığı bildirilir.

Seçki komissiyası ölkə üzrə seçici fəallığının 67 faizdən yüksək olduğunu bildirib.

Multimedia

XS
SM
MD
LG