Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 12:31

Müxalifət yeni birgə mitinq təyin etdi


Müxalifətin birgə mitinqi. 10 mart 2018

Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası növbəti birgə mitinq keçirmək barədə qərar verib.

Bu haqda Müsavat Partiyasının mətbuat xidmətinin məlumatında bildirilir.

Birgə mitinqin martın 31-də keçirilməsi qərara alınıb.

Mitinqdə “Azad seçki!”, “Korrupsiyaya yox!”, “Monarxiyaya yox!” və “Siyasi məhbuslara azadlıq!” kimi şüarların səslənəcəyi bildirilir.

Buna da bax: Milli Şura və Müsavat birgə mitinq keçirdi [fotolar]

Aksiyanın təşkilatçıları bildiriblər ki, mitinq günü daşnak-bolşevik birləşmələrinin Bakı və Azərbaycanın bir sıra bölgələrində törətdikləri qırğının 100 illiyinə təsadüf edir. Ona görə, bu mitinqdə mart qırğınlarını pisləyən və Azərbaycana qarşı törədilən cinayətlərdə əli olanların cəzalandırılmasının tələb ediləcəyi şüarların səsləndiriləcəyi də gözlənir.

Buna da bax: Müxalifət Bakıda mitinq keçirdi [yekun video]

Təşkilatçılar aksiya ilə bağlı bu gün, martın 16-da Bakı Şəhər İcra Hakimiyyətinə müraciət təqdim ediblər.

Xatırlatma

Milli Şura və Müsavat Partiyası son dönəmdə ilk birgə mitinqi bu il martın 10-da keçiriblər. Aksiya şəhər rəhbərliyi ilə razılaşdırılıb.

Mitinqdə «Monarxiyaya son», «Siyasi məhbuslara azadlıq», «Bahalaşmaya etiraz edirik» kimi şüarlar səsləndirilib.

Təşkilatçılar aksiyadan öncə həm Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP), həm də Müsavat Partiyasından onlarla fəalın polis bölmələrinə çağırılaraq hədələndiyini açıqlayıb. Hətta AXCP-nin 6 fəalına polisə müqavimət ittihamı ilə inzibati həbslər verildiyi bildirilib.

Ancaq hüquq mühafizə orqanlarından belə məlumatlara münasibət öyrənmək mümkün olmayıb.

Müxalifət baş verənləri hakimiyyətin aksiyaların kütləvi olacağından çəkinməsi kimi izah edirdi. Hakimiyyəti müdafiə edənlər isə deyirdilər ki, müxalifət belə fikirləri səsləndirməklə aksiyalara az adamların qatılmasına “don geydirməyə” çalışır.

Prezident İlham Əliyev isə son çıxışlarında bir neçə dəfə vurğulayıb ki, ölkədə sərbəst toplaşmaq azadlığına tam əməl edilir.

Multimedia

XS
SM
MD
LG