Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 08:38

Suriya vətəndaş müharibəsində minlərlə adam zorlanıb


Şərqi Quta

Suriya hökumət qüvvələri və onlarla müttəfiq silahlılar müxalifəti cəzalandırmaq məqsədiylə minlər qadın, qızı və kişini zorlayıblar. BMT martın 15-də bildirib ki, bu hərəkətlər hərbi cinayətə bərabərdir.

BMT təhqiqatçılarının açıqladığı hesabata görə, Suriya vətəndaş müharibəsindəki üsyançı qruplar da cinsi zorakılıq və işgəncəyə yol veriblər, ancaq bu hallar “nisbətən az yayılıb”.

Hesabatda bildirilir ki, İslam Dövləti (İŞİD) yaraqlıları xeyli qadını və qızı zinaya görə daşlayaraq öldürüb, qızları zorla ərə verib, homoseksual kişiləri təqib edib.

Bu arada yayılmış digər məlumata görə, 20 minədək dinc sakin Şərqi Qutadan hökumətin nəzarətində olan əraziyə qaçıb.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, minlərlə dinc sakin martın 15-də ərazini tərk edib.

Təşkilat rəhbəri Rami Abdel-Rahman insan axınının axşam düşüncə səngidiyini bildirib.

Son 4 ayda zorakılıqların artması səbəbindən Şərqi Qutada 426-sı uşaq olmaqla, 2 minədək adam öldürülüb.

XS
SM
MD
LG