Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 19:50

Slovakiya baş naziri istefaya getmək istəyir


Robert Fico

Slovakiyanın baş naziri Robert Fico martın 14-də istefaya getmək təklifini irəli sürüb. Ötən ay araşdırmaçı jurnalistin qətlindən sonra ölkədə siyasi böhran yaranıb.

27 yaşlı Jan Kuciak nişanlısıyla paytaxt Bratislava yaxınlığındakı evində ölü tapılmışdı. O, hökumət korrupsiyasını araşdırırdı.

Bundan sonra Bratislavada 1989-cu ildə kommunizmin çöküşündən bəri ən böyük antihökumət etirazları başlanıb.

Bu gün prezidentə istefamı təqdim etdim. Prezident qəbul edərsə, sabah istefa verməyə hazıram”, – Fico deyib.

Fico söyləyib ki, prezident Andrej Kiska onun sosial demokratik Smer-SD partiyasına hökumətin növbəti başçısını seçmək hüququ verərsə, bu vəzifəyə öz namizədini irəli sürəcək.

Ölkədə erkən seçki keçirməyə çağırışlar səslənəndən Fico üç partiyadan ibarət hökumətini qorumağa çalışıb. Daxili işlər naziri Robert Kalinak iki gün öncə istefa verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG