Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 03:27

Makedoniya prezidenti dil qanununu yenə imzalamadı


Makedoniyada dil qanununa qarşı etirazlar

Makedoniya prezidenti Gjorge Ivanov parlamentin qəbul etdiyi dil qanununu imzalamaqdan ikinci dəfə imtina edib. Qanunun məqsədi alban dilindən rəsmi istifadəni genişləndirməkdir. Prezidentin imtinası bu kiçik Balkan ölkəsində yenidən siyasi böhran yarada bilər.

Ivanov yanvarda qanunu imzalamaqdan imtina edəndən sonra ölkədə etirazlar keçirilib. Parlament qanunvericiliyi martın 14-də ikinci oxunuşda qəbul edib.

Konstitusiya və vicdanım mənə belə bir qanunu təsdiqləyən sənədi imzalamağa imkan vermir”, – Ivanov martın 14-də parlamentdəki səsvermədən sonra yayılmış videoda deyir. O, mühafizəkar müxalifət partiyası olan VMRO-DPMNE-nin yaxın müttəfiqidir.

“Dillərlə bağlı qanunlar ədalətsiz və repressivdir, yalnız bir dilə üstünlük verir. Dəyişikliklərlə bağlı müzakirə keçirilməyən qanun demokratiyanın ifadəsi sayıla bilməz”, – prezident deyib.

Müxalifətdən olan deputatlar layihəyə 35 əlavə təklif etmiş, etirazlar keçirmişdilər. Onlar bu addımın Balkan ölkəsində milli birliyə təhlükə yaradacağını deyirdilər.

Etnik albanlar Makedoniyanın 2 milyonluq əhalisinin 25 faizini təşkil edir. Yeni qanuna görə, Makedoniya ölkənin əsas rəsmi dili olaraq qalır, alban dilindən rəsmi istifadə isə albanların əhalinin azı 20 faizini təşkil etdiyi yerlərdə genişləndirilir.

XS
SM
MD
LG