Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:13

Merkel dördüncü müddətə kansler seçildi


Angela Merkel, arxiv fotosu

Almaniya parlamenti Angela Merkel-i dördüncü müddətə kansler seçib.

Merkel, gözlənildiyi kimi, martın 14-də Bundestaqda səsvermənin birinci raundunda seçilib.

O, gün ərzində prezident Frank-Walter Steinmeier-in Berlinin mərkəzindəki rəsmi iqamətgahında and içəcək.

Bununla da Avropanın ən böyük iqtisadiyyatında aylardır davam edən siyasi çıxılmaz durum sona çatıb.

Sentyabr seçkisində sağçı populist partiyanın yüksəlişi ənənəvi partiyaları zəiflədib, Merkel-in Mühafizəkar Demokratik Birliyini (CDU) çoxluqdan məhrum edib. O, solçu Sosial Demokratik Partiyayla (SPD) daha bir koalisiyaya getməyə məcbur olub.

XS
SM
MD
LG