Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:40

Uran nəqliyyatı şirkəti rüşvətə görə cərimələndi


Vadim Mikerin

ABŞ şirkəti Rusiya rəsmisinə rüşvət verdiyinə görə 2 milyon dollarlıq cərimə ödəməyə razılaşıb. Məqsəd Birləşmiş Ştatlara uran göndərmək üçün kontraktları qazanmaq olub.

“Transport Logistics International” şirkəti 2004-2014-cü illərdə Rusiya rəsmisinə 1,7 milyon dollardan çox rüşvət verdiyini boynuna alıb.

ABŞ Ədliyyə Departamenti istintaqla əməkdaşlıq etməyin əvəzində şirkəti mühakimə etməməyə razılaşıb.

Rusiyanın Birləşmiş Ştatlara uran satmasında korrupsiya uzun müddətdir araşdırılır.

ABŞ qanunvericiliyi kontrakt qazanmaqdan ötrü xaricdə rəsmilərə rüşvət verilməsini cinayət sayır.

Rusiyadan uran nəqlindən ötrü TLI rəsmiləri Tenex şirkətinin keçmiş direktoru Vadim Mikerin-ə rüşvət veriblər. Tenex Rusiyanın Rosatom dövlət nüvə korporasiyasının filialıdır.

2015-ci ildə Merilenddə hakim Mikerin-ə dörd illik həbs cəzası kəsib, o, rüşvətlə əlaqədar çirkli pulyumada təqsirli bilinib.

XS
SM
MD
LG