Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 20:13

Britaniyalı fizik Hawking dünyasını dəyişib


Stephen Hawking

Tanınmış britaniyalı fizik Stephen Hawking martın 14-də səhər Kembricdəki evində yuxuda dünyasını dəyişib. Onun 76 yaşı vardı. Məlumatı ailəsi açıqlayıb.

Sevimli atamızın bu gün vəfat etməsindən dərin kədər içindəyik. O, böyük alim, qeyri-adi adam idi, işi və irsi çox illər yaşayacaq”, – övladları Lucy, Robert və Tim bildirib.

Hawking-ə 21 yaşında müalicəsi olmayan motoneyron xəstəliyi diaqnozu qoyulur və əlil arabasına məhkum olur, kommunikasiya üçün kompüter səsindən istifadə edir. Ötən il BBC-yə müsahibəsində demişdi ki, “75 yaşına çatmağı heç vaxt gözləməyib”.

Hawking qara dəliklərinin heç də tamamilə qara olmadığını göstərən kəşfini ən böyük uğuru sayır. Bu, “kvant mexanikasıyla ümumi nisbilik arasındakı paradoksların necə həll oluna bilməsini anlamaqdan ötrü” vacibdir.

Hawking 1988-ci ildə dərc olunmuş “Zamanın qısa tarixi” adlı kitabından sonra bütün dünyada şöhrət qazanır. Həmin kitab 10 milyon nüsxədən çox satılıb.

1942-ci ilin yanvarında doğulmuş Hawking 1959-cu ildə Oksford Universitetində təqaüd qazanır və üç il sonra kosmologiya sahəsində tədqiqat aparmaqdan ötrü Kembricə keçir.

32 yaşında o, Britaniyanın ən nüfuzlu akademik institutu olan Kral Cəmiyyətinin üzvü seçilib.

XS
SM
MD
LG