Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 19:41

Ahmadinejad dövründə vitse-prezident olmuş şəxs həbs edilib


Hamid Baghai

Martın 13-də İranda Hamid Baghai saxlanıb. O, mühafizəkar Mahmud Ahmadinejad-ın prezidentliyi dövründə vitse-prezident olub. Baghai daha öncə korrupsiyada təqsirli bilinmişdi.

Polis əməkdaşları məhkumluğu həbsxana rejiminə transfer ediblər”, – Tehran prokurorluğundan “Fars” xəbər agentliyinə bildirilib.

Baghai dekabrda mənimsəmə və qanunsuz biznes sövdələşmələrində təqsirli bilinərək 15 illik həbsə məhkum edilib.

48 yaşlı Baghai Ahmadinejad-a yaxın idi, onun prezidentliyinin ikinci dönəmində aparat rəhbəri də olub.
2011-13-cü illərdə vitse-prezident kimi fəaliyyət göstərmiş Baghaei 2015-ci ildə korrupsiya ittihamlarıyla qısa müddətə saxlanmışdı.

O, ötən ilin mayında prezident seçkisinə buraxılmadı və mayda bir neçə həftəliyə saxlandı.

XS
SM
MD
LG