Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 11:58

Trump Tillerson-u dövlət katibliyindən uzaqlaşdırdı


Rex Tillerson, arxiv fotosu
Rex Tillerson, arxiv fotosu

ABŞ prezidenti Donald Trump dövlət katibi Rex Tillerson-u işdən çıxarıb, Mərkəzi Kəşfiyyat Agentliyinin (MKA) rəhbəri Mike Pompeo-nu onun yerinə təyin edib.

MKA rəhbərinin müavini Gina Haspel indi quruma rəhbərlik edəcək. O, həmin vəzifəyə gətirilən ilk qadındır. Bu barədə Trump Twitter-də yazıb:

“MKA rəhbəri Mike Pompeo yeni dövlət katibimiz olacaq. O, fantastik iş görəcək! Rex Tillerson xidmətinə görə çox sağ olsun! Gina Haspel MKA-nın yeni direktoru, bu postda ilk qadın olacaq. Hamıya təbriklər!”

Ağ Evdən adının çəkilməsini istəməyən rəsmi deyib ki, keçmiş Kanzas konqresmeni Mark Pompeo administrasiyada Trump-ın ən sədaqətli yoldaşlarından biri sayılır.

Mərkəzi Kəşfiyyat İdarəsnin rəhbəri rolunda Pompeo hər iki partiyadan olan siyasətçilərin etibarını qazana bilib.

Rəsmi bildirib ki, siyasətçilər onun ölkənin “müdafiə və hücum qabiliyyətlərinin gücləndirilməsindəki” rolunu təqdir edirlər.

Prezident Trump bildirib ki, Pompeo Amerikanın dünyadakı nüfuzunun artmasına, habelə ABŞ düşmənləri ilə qarşıdurmada qətiyyətinə, o cümlədən Koreya yarımadasının nüvəsizləşdirlməsi siyasətinə əhəmiyyətli töhfə verəcək.

Trump qərarının səbəbini açıqlamayıb. Qərar Tillerson Afrikaya səfərdən yarımçıq qayıdandan az sonra açıqlanıb.

Aylardır belə bir spekulyasiya gəzirdi ki, ExxonMobil neft şirkətinin keçmiş rəhbəri olan Tillerson vəzifədən gedə bilər.

Bu arada bir sıra xarici məsələlərlə bağlı gərginlik qalmaqdadır – Rusiyanın Ukraynaya müdaxiləsi və Suriya prezidenti Bashar al-Assad-a dəstəyi, Britaniyada keçmiş casusun zəhərlənməsində Moskvanın əli olmasına dair iddialar və sairə.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG