Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:23

Suriyada döyüşən azərbaycanlı: 'O vaxt gedib-gəlmək rahat idi...'


Qardaş qardaşı polisə verdi ki, 'İŞİD-ə qoşulmasın'
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Qardaş qardaşı polisə verdi ki, 'İŞİD-ə qoşulmasın'

«Mən oradan 2013-cü ildə qayıtmışam. O vaxt gedib-gəlmək rahat idi, problem yox idi. Mən də onda getmişəm. Heç bunun qanunsuz olduğunu da bilmirdim. Bilsəydim, getməzdim...», - İraq və Suriyada qanunsuz silahlı birləşmələrin, o cümlədən İŞİD-in tərkibində döyüşməkdə suçlanan Həsrət Əliyev belə deyir.

Martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub – 9 il həbs cəzası kəsilib. Hökmdən əvvəl isə özü son sözünü deyib. Suriyaya getməyinin səbəbindən danışıb, əməlindən peşman olduğunu söyləyib.

Dediyinə görə, 2013-cü ildə Suriyaya gedib. Məqsədi də orada dinc əhalinin, günahsız uşaqların öldürülməsinə qarşı çıxmaq olub: «Əgər belə bir hadisə Azərbaycanda olsa, yəni kimlərsə günahsız insanları kütləvi şəkildə qırsa, əlbəttə ki, buna qarşı da çıxacağam...».

H.Əliyevin sözlərinə görə, o, Suriyaya gedərkən bunun qanunsuz olduğunu bilməyib. Rahat şəkildə gedib-qayıdandan sonra burada ailə qurub: «Mən azərbaycanlıyam. Öz ölkəmdə heç bir cinayət törətməmişəm. Əlbəttə, qanunsuz olduğunu bilsəydim, getməzdim. Qayıdandan sonra da heç bir problemim olmayıb. Gizlənib-eləməmişəm də. Ailə qurmuşam, iki övladım var. Bilsəydim ki, belə olacaq, heç ailə qurmazdım, uşaqları başsız qoymazdım».

H.Əliyev əməlindən peşman olduğunu söyləyib. Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyasından da xahiş edib ki, bütün bunları nəzərə alsın.

Prokuror çıxışında H.Əliyevə 14 il cəza verilməsini istəmişdi, amma məhkəmə ona 5 il az iş kəsib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG