Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:28

Türkiyə Afrini mühasirəyə aldığını deyir


Afrindən çıxan sakinlər

Türkiyə ordusu Suriyanın şimalındakı Afrin şəhərini mühasirəyə aldığını bildirir. Bu şəhər Ankaranın kürd yaraqlılara qarşı əməliyyatlarının mərkəzində durur.

Ordunun martın 13-də yaydığı bəyanatda o da bildirilir ki, Türkiyə əsgərləri və müttəfiq üsyançılar Afrin regionu ətrafındakı “kritik əhəmiyyət daşıyan əraziləri” tutub.

Yerli kürd rəsmiləri, hələlik, bunu təsdiqləməyib.

Ancaq Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı Afrinin, 90 kəndin və yaxınlıqdakı şəhərin mühasirəyə alındığını bildirib.

Qurum Türkiyə qüvvələri irəlilədikcə Afrindən minlərlə dinc sakinin qaçdığını qeyd edib.

Bu şəhərin 350 minədək sakini var.

Türkiyə Afrin əməliyyatına yanvarın 20-də başlayıb, niyyətinin bu anklavı “kürd terrorçular”dan təmizləmək olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG