Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 15:04

Mattis Kabilə qəfil səfər edib


James Mattis, arxiv fotosu

ABŞ-ın müdafiə naziri Jim Mattis martın 13-də Kabilə qəfil səfər edib.

Təhlükəsizlik səbəblərindən səfərlə bağlı öncədən açıqlama verilməyib.

Bu arada bəzi talibançıların Əfqanıstan hökumətiylə danışıqlara cəlb olunması təklifləri səslənməkdədir.

Mattis jurnalistlərə deyib ki, o, qələbənin hələ də mümkün olduğunu düşünür.

Onun sözlərinə görə, Talibanın bəzi elementlərinin danışıqların mümkünlüyünə göstərdiyi marağı öyrənilir. O, həmin marağın əlamətlərinin bir neçə ay öncəyə gedib çıxdığını deyib.

Talibanda bəzi kiçik qruplar var, danışıqlarda maraqlı olduqlarını bildiriblər”, – Mattis söyləyib.

Mattis ABŞ qüvvələrinin Əfqanıstandakı komandiri general John Nicholson və Əfqanıstan prezidenti Ashraf Ghani ilə görüşməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG