Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:55

Putin Krıma gedir


Simgeropolda Putin plakatları

Rusiya prezidenti Vladimir Putin martın 14-də – seçki kampaniyasının son günündə Ukraynanın Krım regionuna səfər edəcək, həmin regionun ilhaqı məqsədiylə keçirilmiş, beynəlxalq ictimaiyyətin qəbul etmədiyi referendumun 4 illiyi tədbirlərində iştirak edəcək.

Kremlin sözçüsü Dmitry Peskov martın 12-də Rusiyanın Dozhd televiziyasına deyib ki, tədbirə minlərlə adam qatılacaq.

Putin hökuməti 2014-cü ilin martında Krıma nəzarəti ələ alıb. Bundan öncə Ukraynanın rusiyapərəst prezidenti Viktor Yanukovych küçə etirazları nəticəsində devrilmişdi.

2017-ci ilin martında Rusiyada deputatlar prezident seçkisinin tarixini martın 11-dən 18-nə – Krımın rəsmi ilhaqının 4-cü ildönümünə keçirdilər.

Martın 11-də sosial şəbəkələrdə yayılmış yeni filmdə jurnalist Putin-dən Krımın hansı şəraitdə Ukraynaya qaytarıla biləcəyini soruşur. Putin deyir ki, bu, heç vaxt mümkün olmayacaq.

Prezident seçkisinə səkkiz namizəd gedir, ancaq Putin-in bir daha altı illiyə bu posta seçiləcəyi görünür.

XS
SM
MD
LG