Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 18:56

Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələrdən birincidir


Giorgi Kvirikaşvili

«Azərbaycan Gürcüstana sərmayə qoyan ölkələrin arasında birinci yeri tutur. 2012-ci ildən biz bu birinciliyi saxlayırıq. Bu onu göstərir ki, ölkənizdə çox gözəl sərmayə iqlimi var. Bu, eyni zamanda, onu göstərir ki, bizim əlaqələrimiz çox yüksək səviyyədədir».

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycana rəsmi səfərdə olan Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə təkbətək görüşündə prezident İlham Əliyev belə deyib.

İ.Əliyev iki ölkəni birləşdirən bir çox önəmli qlobal layihələrin olmasından bəhs edib. O, ötən ilin oktyabrında açılışı olan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini xatırladıb.

«Bizim əməkdaşlığımız hətta regional formatdan çıxıb qlobal müstəviyə qalxır. Bütün bu uğurlu addımların təməlində bizim dostluğumuzdur, qardaşlığımızdır», - İ.Əliyev bildirib.

Rəsmi xəbərə görə, G.Kvirikaşvili isə Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı olduğunu ifadə edib. O vurğulayıb ki, iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edir, keçən il ikitərəfli münasibətlər xüsusi inkişafla yadda qalıb.

«Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir. Bu, bizim strateji əlaqələrimizin göstəricisidir», - deyən baş nazir iki ölkənin iştirakçısı olduğu birgə layihələrin perspektivlərindən bəhs edib.

+++

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili martın 12-da Azərbaycana gəlib.

AZƏRTAC-ın xəbərinə görə, onu hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Gürcüstan hökumətinin başçısı Bakıda bir sıra rəsmi görüşlər keçirəcək. Görüşlərdə Azərbaycanla Gürcüstanın birgə iştirakı ilə regionda həyata keçirilən layihələr, regional təhlükəsizlik və ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG