Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:50

Avstriya nasist ilhaqının 80-ci ildönümünü anır


Sebastian Kurz

Avstriya nasist Almaniyası tərəfindən ilhaqının 80-ci ildönümünü anır. O zaman diktator Adolf Hitler “Anschluss” elan eləmişdi.

“Anım günü” – martın 12-də ölkədə 1938-ci ildə baş verənləri xatırladan tədbirlər keçirilir.

Avstriya prezidenti Alexander Van der Bellen martın 11-də ölkə gənclərini neo-faşist və ifrat sağçı ideologiyalara aldanmamağa çağırıb.

Van der Bellen və kansler Sebastian Kurz Heldenplatz meydanında tədbirdə çıxış edəcəklər. Tədbirə avstriyalı aktyor və insan haqları fəalı Andre Heller də qatılacaq.

Avstriyada ifrat sağçı Azadlıq Partiyası (FPOe) 31 yaşlı kansler Kurz-un kabinetinə düşəndən sonra avropalı müttəfiqlər bundan narahatlıq dilə gətirib.

FPOe hazırda Avropada dəstək qazanan sağçı millətçi və antiimmiqrasiya partiyaları içində ən yaşlısıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG