Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

'Bəzi banklar hesablardan pul çıxarılmasını məhdudlaşdırıb'-Media icmalı


'Etibarlı adamın yoxdursa, kredit vermirlər'
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

'Etibarlı adamın yoxdursa, kredit vermirlər'

Ölkədə kənd təsərrüfatının durumu, bayram yarmarkaları, bəzi bankların öz müştərilərinə əmanətlərini geri qaytarmaqda çətinlik çəkmələri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Banklar istədiklərinə uyğun faiz hesablayırlar»

«Exo» qəzetində «Azərbaycan bankları müflisləşməni yubadırlar» sərlövhəli yazı oxumaq olar.

Yazıda ölkənin bank sisteminin durumu ekspertlərlə müzakirə edilib.

«Ölkə üçün hansı sayda bankın fəaliyyət göstərməsinin optimal olduğunu söyləmək çox çətindir. İndiki halda Azərbaycanda 10-a qədər bankın nisbətən «sağlam» olduğunu demək olar, bu da dövlət dəstəyi olmadan mümkün deyil. Ölkədə böyük olmayan, amma səmərəli fəaliyyət göstərən banklar var. Amma indi fəaliyyətdə olan bankların 2/3 hissəsi bağlanacaq. Bu nə qədər tez baş versə, ölkənin bank sistemi üçün o qədər yaxşıdır», - ekspertlərdən Əkrəm Həsənov qəzetə deyib.

Ə.Həsənov hesab edir ki, Azərbaycan banklarının bəziləri öz müştərilərinin əmanətlərini qaytarmaq gücündə deyil: ​«Bundan əlavə, bəziləri cari bank hesablarından pul vəsaitinin çıxarılmasını məhdudlaşdırıblar. Bu, sadəcə, biabırçılıqdır. Problem ondadır ki, kommersiya bankları Mərkəzi Bankdan kredit ala bilmir və bundan da irəli gələrək maliyyə çatışmazlığı müşahidə edilir».

Ə.Həsənov deyib ki, Azərbaycan bankları müflisləşməni yubadır, Maliyyə Bazarlarına Nəzarət Palatası da hansı səbəblərdənsə onların fəaliyyətini dayandırmır.

İqtisadçı-professor Elşad Məmmədov isə 6 aydan yuxarı kredit borclarını ödəyə bilməyən müştərilərə pul cərimələri yazılmasını yasaqlayan sənədin qəbul olunmasını təklif edir: «İstər ipoteka müqaviləsinə, istər istehlak kreditlərinə görə çox sayda vətəndaşların kredit müddəti uzadılıb. Bundan irəli gələrək, hər bir kredit təşkilatı öz istəyinə uyğun pul cəriməsı yazmaq qaydası müəyyən edir. Yəni, bir bank yarım il ərzində ödənilməyən borca görə cərimə faizləri əlavə edir, müddət bitdikdə isə kredit götürmüş vətəndaşı məhkəməyə verir...».

Novruz yarmarkası
Novruz yarmarkası

«Toxun acdan xəbəri yoxdur»

«Novoye Vremya» qəzetində «Kənd təsərrüfatı yarmarkaları formallığa dönüb» sərlövhəli yazı yer alır.

Yazıda Novruz bayramı ərəfəsində ölkədə kənd təsərrüfatı məhsullarının qiymətlərində ucuzluq yaratmaq məqsədilə yaradıldığı bildirilən yarmarkaların fəaliyyəti təhlil edilir. Müəllif iddia edir ki, bayram yaxınlaşdıqca, qida məhsulları da bahalaşır: «Artıq indidən yunan qozunun bir kiloqramı 15-20 manat, fındıq 10-12 manat, fıstıq 10-13 manat, şabalıd 8-10 manat, xurma 5-20 manat, innab 3-5 manat, kişmiş 3-10 manat arasında təklif edilir. Yarmarkalarda qiymətlər supermarketlərdə, bazarlarda olan qiymətlərdən heç nə ilə fərqlənmir».

Müəllif vurğulayır ki, Sumqayıtda kənd təsərrüfatı yarmarkalarındakı satış qiymətləri şəhər sakinlərini məyus edib: «Süni bahalaşma ilə mübarizə səmərəli deyil, rəqabət mühiti olmayana kimi qiymətləri endirmək mümkün deyil. Kənd Təsərrüfatı Nazirliyi qiymətlərə güclü nəzarət edildiyini deyərək bahalaşma olmayacağı vədini verdi. İndi qiymət bahalığını nazirlik dünyada bir çox məhsulların bahalaşması ilə izah edir».

Yazıda bildirilir ki, idxal məhsulları ilə yanaşı, yerli məhsullar da bahalaşmaqdadır. Müəllif hesab edir ki, bahalaşma gəlirlərin artmasını üstələyir, sadə insanların qazancı, əsasən, qidaya gedir.

Yazıda vurğulanır ki, məmurlar çıxış yolunu cərimə və qiymətləri artırmaqda görürlər. Müəllifin fikrincə, amma onlar ölkə əhalisinin Novruz bayramı ilə bağlı hansı çətinlikləri yaşadıqlarını bilmirlər.

Eldar İbrahimov
Eldar İbrahimov

Kənd təsərrüfatının inkişafı

YAP.org.az saytında «Eldar İbrahimov: Ölkəmizdə kənd təsərrüfatının inkişafının təmin edilməsi üçün elmi əsaslara söykənən siyasət həyata keçirilir» sərlövhəli yazı dərc edilib.

Həmin yazıda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkədə kənd təsərrüfatının inkişaf etdiyini iddia edib: «Azərbaycan MDB məkanında yeganə ölkədir ki, müstəqillik əldə etdikdən sonra 1996-cı ildən başlayaraq indiyə kimi hər ili kənd təsərrüfatında ümumi məhsul istehsalının artımı ilə başa vurur. Bu uğurlu nəticələrin əldə edilməsi isə hər şeydən əvvəl ölkə rəhbərlərinin kənd təsərrüfatına göstərdiyi qayğı və diqqətlə bağlıdır».

E.İbrahimov bildirib ki, ölkədə kənd təsərrüfatının inkişafının təmin edilməsindən ötrü elmi əsaslara söykənən ardıcıl siyasət yeridilir. O deyib ki, məhsul istehsalçılarının torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad olunması haqqında 2001-ci ildən tətbiq edilən qanun 2018-ci ilin sonuna kimi uzadılıb: «Bu fermerlərə 2 milyard manatdan çox dövlət büdcəsinə ödəniləcək vəsaitin onların sərəncamında qalmasına və istehsalın genişləndirilməsinə imkan verir».

Deputat vurğulayıb ki, hazırda buğda, çəltik becərilməsinə, yanacağa, əkinçilikdə istifadə edilən mineral gübrələrə və pestisidlərə görə fermerlərə dövlət büdcəsindən subsidiya verilir.

«Eyni zamanda, yüksək reproduksiyalı toxum və tinglər, pambıq, barama, şəkər çuğunduru, tütün istehsalına görə də istehsalçılara əlavə subsidiyalar ödənilir. Bunun nəticəsidir ki, təkcə 2017-ci ildə fermerlərə 200 milyona yaxın subsidiya ödənilib»,-deyə komitə sədri vurğulayıb.

XS
SM
MD
LG