İran hökuməti yerli futbol qurumunun işinə daim müdaxilə etdiyinə görə, FIFA bu ölkənin futbol yığmasını və klublarını beynəlxalq yarışlara qatılmaq huququndan məhrum edib. FIFA-nın yaydığı açıqlamada deyilir ki, İran tərəfinə noyabrın 15-nə qədər vəziyyəti düzəltmək üçün vaxt verilsə də, xəbərdarlığa məhəl qoyulmayıb. İran hökuməti müdaxiləni dayandırandan sonra bu ölkənin üzərindən sanksiya götürülə bilər.