Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 00:49

MSK sədri ATƏT-in seçki missiyasının rəhbəri ilə görüşüb


MSK-da ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri ilə görüş.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov martın 9-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Koryen Yonkerlə görüşüb.

MSK-nın məlumatına görə, Məzahir Pənahov qonağa seçki prosesindən danışıb.

M.Pənahov deyib ki, seçki prosesində bütün addımlar tam şəffaflıq şəraitində atılır.

Rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman açıq olduğunu diqqətə çatdıran M. Pənahov, həmçinin qeyd edib ki, hazırda MSK-da peşəkar işçi qrupu təqdim olunmuş imza vərəqələrini və digər seçki sənədlərini yoxlayır.

Buna da bax: MSK sədri mitinqə münasibət bildirib

“İctimaiyyətə tamamilə açıq olan yoxlama prosesini siyasi partiyalar, prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri və kütləvi informasiya vasitələri izləyirlər”, – deyə o, vurğulayıb.

M. Pənahov başqa beynəlxalq təşkilatlarla yanaşı, seçki müşahidə missiyasının üzvlərini də proseslərdə yaxından iştirak etməyə dəvət edib.

K. Yonker martın 9-da mətbuat konfransı da keçirib.

Onun deməsinə görə, uzunmüddətli seçki müşahidə missiyası 30 müşahidəçidən, 10 ekspertdən ibarət əsas heyətdən və regionlarda fəaliyyət göstərəcək 20 müşahidəçidən ibarətdir. Həmin müşahidəçilər martın 15-dən etibarən regionlarda fəaliyyətə başlamalıdırlar.

Buna da bax: ‘Seçki-2018, namizədlər’: İlham Əliyev kimdir?

Bundan başqa, prezident seçkilərini 280 qısamüddətli müşahidəçi də izləməlidir.

Azərbaycanda keçirilmiş son seçkiləri (2015-ci ildə keçirilən parlament seçkilərini) DTİHB müşahidə etməmişdi. O vaxt buna səbəb kimi müşahidəçilərin sayı ilə bağlı razılıq əldə edilməməsi göstərilmişdi. Azərbaycan hökumətinin təmsilçiləri müşahidəçilərin sayının çox olduğunu deyərək, onların azaldılmasını istəyirdi.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi keçiriləcək. Seçki prezident İlham Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, artıq 15-ə yaxın şəxsin namizədliyi irəli sürülüb. Onlardan hələlik dördünün namizədliyi qeydiyyata alınıb. Bunlar hazırkı prezident İlham Əliyev, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən deputat Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevdir.

Bir sıra müxalif qüvvələr isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG