Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 08:48

Avtomobil idxalı artıb


Avtomobil salonu

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 2065 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalında ciddi artım olub.

İki ayda gətirilən avtomobillərin sayı 2017-ci ilin eyni dövründən 1062 ədəd və yaxud 2.05 dəfə çoxdur.

DGK-nin məlumatına görə, idxal olunan avtomobillərin 11 ədədi 10 nəfərlik mikroavtobusdur.

1867-i minik avtomobilləri və başqa motorlu nəqliyyat vasitələri, 182-i isə yük maşınıdır.

İki ayda həmçinin, 5 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

2015-ci ildə baş verən iki devalvasiyadan sonra (manat iki dəfə dəyər itirdi) ölkəyə avtomobil idxalının 7 dəfə azaldığı bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG