Qazaxıstanda siyasi ittihamla saxlanmış biznesmen bir neçə saatlığa həbsdən qaçsa da, yenidən saxlanıb.
Muratkhan Toqmadi martın 8-də ölkənin cənubundakı Taraz şəhərində müalicə aldığı xəstəxanadan qaçıb, ancaq bir neçə saatdan sonra saxlanıb. Məlumatı martın 9-da Milli Təhlükəsizlik Komitəsi (UQK) açıqlayıb.
Toqmadi ötən iyunda pul qoparmaq və qanunsuz odlu silah saxlamaq ittihamıyla 3 illik həbsə məhkum edilib.
Başqa bir məhkəmə prosesində isə o, 2004-cü ildə ov zamanı bir bankiri öldürdüyünü bonuna alıb. Ancaq bunu maqnat, prezident Nursultan Nazarbaev-in sərt tənqidçisi Mukhtar Ablyazov əmriylə etdiyini deyib.
TuranAlem Bank-ın rəhbəri Erzhan Tatishev ov zamanı bircə gülləylə öldürülmüşdü. Onun ölümündən sonra Ablyazov bankın rəhbəri olub.
Ablyazov 2009-cu ildən xaricdə yaşayır, onu 5 milyard dollarlıq mənimsəmədə şübhəli bilərək Qazaxıstan, Rusiya və Ukraynada axtarırlar.
Özü isə mənimsəmə ittihamlarını rədd edir, Toqmadi-yə ölümü sifariş etməsini “yalan” adlandırır.