Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 05:10

Ukraynada məhbus mübadiləsinin təşkilatçısı saxlanıb - YENİLƏNİB


Volodymyr Ruban

Kiyevdə martın 9-da keçirilən məhkəmədə Volodymyr Ruban-a ittihamlar irəli sürülüb. Hakim deyib ki, müstəntiqlər Ruban-ın minaatan, qumbaraatan, partlayıcılar vasitəsiylə bir sıra dövlət rəsmilərinin iqamətgahlarına “silahlı hücumlar planlaşdırırmış”. Həmin rəsmilər içində prezident Petro Poroshenko, daxili işlər naziri Arsen Avakov, keçmiş baş nazir Arseniy Yatsenyuk və Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Oleksandr Turchynov da olub, məqsəd onları öldürmək imiş.

Ruban məhkəmədə günahsız olduğunu deyib, ona tələ qurulduğunu, üstündən tapılmış silahlardan xəbəri olmadığını bildirib.

Hakim onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib, onu terror hücumları hazırlamaq, silah qaçaqçılığında şübhəli bilib.

Məhkəmədən sonra Poroshenko Twitter-də yazıb ki, istintaqa Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasyl Hrytsak nəzarət edəcək.

***

Ukraynanın şərqindəki müharibə zonasında əsir mübadiləsini razılaşdıran QHT rəhbəri Volodymyr Ruban saxlanıb. O, qaçaqmalçılıqda şübhəli bilinir.

Ruban martın 8-də axşam saxlanıb. Onun rusiyapərəst separatçıların əlində olan ərazidən böyük həcmdə silah-sursat çıxarmağa çalışdığı iddia olunur. Bunu Ukraynanın müvəqqəti işğal altında olan ərazilər üzrə nazir müavini Heorhiy Tuka Facebook-da yazıb.

Tuka-nın bildirməsinə görə, Ruban özünü sıravi vətəndaş kimi təqdim edərək separatçıların əlində olan ərazidən hökumət tərəfə keçməyə çalışıb, üstündə gizlətdiyi odlu silah və sursat aşkarlanıb.

Baş prokuror Yuriy Lutsenko da Ruban-ın saxlandığını təsdiqləyib, bunun “təsadüfən baş vermədiyini” deyib. Bununla Ukrayna Təhlükəsizlik Xidmətinin QHT rəhbərinin fəaliyyətini bir müddətdir izlədiyinə eyham vurub.

Ruban-ın Müharibə Əsirlərinin Buraxılması üzrə Mərkəzi 2014-cü ildən Kiyevlə separatçılar arasında əsir mübadiləsini təşkil edir.

Ukrayna Sərhəd Xidməti 2017-ci ildə onu separatçıların nəzarətində olan ərazilərə girməklə qaydaları pozmaqda suçlamışdı.

Ukraynanın şərqindəki müharibədə 10 min 300-dən çox adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG